Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2024 16:50
Ermənistan XİN-i Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İrəvana səfəri zamanı qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə ucaldılmış Tsitsernakaberd memorialını niyə ziyarət etməməsi ilə bağlı sualı şərh edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Bu, protokolun istəyə bağlı hissəsidir", - məlumatda deyilir.
Mediada qeyd olunur ki, əvvəllər "xatirə"ni ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi.