Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktyor 1 kilo kokainlə tutuldu

Aktyor 1 kilo kokainlə tutuldu

Tarix: 23 Aprel 2024 20:10

Rusiyada reklam aktyoru Yevgeni Aqafonovun avtomobilindən bir kiloqram kokain tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, polis aprelin 9-da Lyubertsı şəhərinin 8 Mart küçəsində bir kişini saxlayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları nəqliyyat vasitəsinə baxış keçirib və baqaj hissəsində bir kiloqramlıq paketdə toz halında maddə aşkar ediblər.

Aktyor saxlanılıb. Onun barəsində xüsusilə külli miqdarda narkotik vasitələrin satışına cəhd maddəsi ilə iş açılıb. O, ömürlük həbslə üzləşə bilər.

Milli.Az


Etiketlər:  Aktyor 1 kilo kokainlə tutuldu


RƏYLƏR