Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF

Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF

Tarix: 1 May 2024 12:54

Türkiyəli məşhur müğənni Hadise futbolçu Lukas Torreyra ilə sevgili olduğu ilə bağlı yayılan iddialara cavab verib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, futbolçunun Hadisenin konsertlərinə getməsi, həmçinin ifaçının "Qalatasaray"ın tribunalarında dəfələrlə görünməsi onların eşq yaşadığı barədə şayiələrə səbəb olub.

Hadise ilk dəfə eşq iddialarına cavab verib.

"Bəli, məni dinləməyə gəlmişdi. Lukas mənim çox yaxın dostumdur. Bildiyiniz kimi, həmişə matça gedirəm. Matç izləməyi xoşlayıram", - deyə o etiraf edib.

Bununla belə o, eşq məsələsi olmadığını vurğulayıb.

"Ümumiyyətlə, hazırda həyatımda sevgi yoxdur, aşiq deyiləm", - deyərək Hadise iddialara son qoyub.

Milli.Az


Etiketlər:  Hadise Qalatasaraylı futbolçu ilə eşq yaşayır Müğənnidən ETİRAF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ