Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"dan ayrılacaq - 4 ölkədən təklifi var

Tarix: 21 Noyabr 2019 10:24

Bolqarıstan millisinin üzvü Simeon Slavçev qışda "Qarabağ"ı tərk edəcək.

Qol.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Meridian maç" nəşri yazıb. Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi komandanın baş məşqçisi Qurban Qurbanovun planlarında yoxdur. Buna görə ona özünə yeni komanda axtara biləcəyi söylənilib.

Xəbərdə Slavçevlə "Levski"nin maraqlandığı xatırladılıb. Ancaq bolqarıstanlı oyunçunun Sofiya təmsilçisinin təklifinə cavab verməyə tələsmədiyi vurğulanıb.Portuqaliya, Türkiyə və Rusiyadan da təkliflər alan Slavçevin gələcəyi barədə ciddi düşünmək istədiyi bildirilib.

Qeyd edək ki, S.Slavçev ötən ilin yayından Ağdam klubunda oynayır.

 


Etiketlər:  Qarabağdan ayrılacaq 4 ölkədən təklifi var


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ