Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2024 23:02
Türkiyə bu gün İsraillə bütün ticarət əlaqələrini - idxal və ixracı - dayandırıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" iki türk rəsmiyə istinadla məlumat yayıb.
Qeyd olunur ki, Ankara bu addımı rəsmən açıqlamayıb.
Türkiyə Statistika Qurumunun məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da 76%-i Türkiyənin ixracı olub.