Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pozğunluğun reklamı yüksək səviyyədə idi''

''Pozğunluğun reklamı yüksək səviyyədə idi''

Tarix: 8 May 2024 12:15

Eldar Qasımovun sosial mediada istefaya göndərilməsi tələbindən sonra dostu, rejissor Ranar Musayev ona dəstək olub.

Sonxeber.net olay-a istinadən bildirir ki, sənətçi bu barədə instaqramda post paylaşıb:

"Vaxt var idi, heç Avroviziya-da yox idik. Vaxt da var idi, qalib olmuşduq, ikinci yeri də tutmuşduq, dəfələrlə 10-luqda olmuşuq, aşağı pillələrdə yer almışıq, finala keçmədiyimiz illər olub. Bir gün qalib olan, bir gün uduzmağı da bacarmalıdır. Əsas odur ki, ölkə hər zaman layiqli təmsil olunub.

Vacib amillərdən də biri odur ki, 16 ildir beynəlxalq standartlara cavab verən, böyük səhnəyə hazırlıq prosesindən keçən, məktəb görən, təcrübəli və peşəkar ulduzlarımız yetişir. Bu il də yeni təcrübə keçmiş daha iki müğənni yığdıqlarını öz ölkələrində paylaşmağa qayıdır.

O ki qaldı heç vaxt heç nəyə nail olmayan, istefa tələbi ilə çıxış edən "divan ekspertləri"nə. Bu gün Yeni bulvarda addımlayanda "Crystall Hall"a gedəndə, adımızı dünyanın ən məşhur mahnı yarışmasının tarixində qalib kimi görəndə, nankor beyninizi işə salıb xatırlayın ki, bu əziyyətin bir payı həmin istefasını tələb etdiyiniz şəxsin çiyninə düşür. 13 il öncə hava limanında bayrağı çiyninə atıb yallı gedənlər indi unudub ki, həmin bayrağın nümayəndələri dəyişilməyib, yenə özümüzük.

Hə, bir də özünüzə sual verin: Bəs, mən ölkəmin inkişafı üçün nə etmişəm? Ona görə də istər qalibiyyət, istər məğlubiyyətlə nəticələnən cəhdin əziyyətinə görə hər kəsə təşəkkür düşür. Biriləri yıxıla-yıxıla cəhdləri nəticəsində qalib olub, digərləri tapdalaya-tapdalaya sonda qalibin qarşısında sadəcə başını əyməli olur. İndi seçim edək, kim yıxılmaq istəyir, kim tapdalamaq?".

Ranarın yazdıqlarına isə "Avroviziya 2011" qalibi Nigar Camal belə reaksiya verib:

"Yarımfinalda hər şey qabardılmış idi. Nömrələr rəngarəng, amma zərif idi. Müharibə və vətən mövzusu "Avroviziya"da qadağandır. Əgər kimsə bu haqda oxusa, diskvalifikasiya edilir. Amma şeytanlığın, qrup seksinin təbliği, bir sözlə pozğunluğun reklamı ən yüksək səviyyədə idi. Və bu qəbuldur".

Qeyd edək ki, Fahree və İ.Dövlətov ölkəmizi "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər. 


Etiketlər:  Pozğunluğun reklamı yüksək səviyyədə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ