Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2024 18:45
"Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə"nin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə vacib töhfə verəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə söyləyib.
Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edən Rumen Radev Azərbaycanın Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi vurğulayıb.
"Həmrəylik halqası" layihəsindən danışan Romen Rudev bu layihənin enerji resurslarının nəqlinin daha da şaxələndirilməsində rolunu qeyd edərək deyib: "Həmrəylik halqası" layihəsi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə nəticələnəcək. Azərbaycan bu layihənin reallaşmasında mühüm rol oynayır".