Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Joze Mourinyo Acun İlıcalıya “yox” dedi

Joze Mourinyo Acun İlıcalıya “yox” dedi

Tarix: 10 May 2024 10:58

Türkiyəli iş adamı Acun İlıcalı Joze Mourinyo ilə görüşsə də, müsbət nəticə əldə edə bilməyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, iki gün öncə baş məşqçisi ilə yolları ayıran "Hall Siti" klubu yeni çalışdırıcı postu üçün Joze Mourinyonu gətirmək niyyətində olub.

Acun İlıcalı açıqlamasında Joze Mourinyo ilə danışıqlar apardığını təsdiqləyib. Amma portuqaliyalı mütəxəssisin təklifə müsbət cavab vermədiyi bildirilib.

Qeyd edək ki, Joze Mourinyo Avropa klublarından birini çalışdırmaq istədiyini səbəb olaraq göstərib.

Milli.Az


Etiketlər:  Joze Mourinyo Acun İlıcalıya yox dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ