Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 00:54
Misir Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiasına qoşulacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Misir Ərəb Respublikası Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə qaldırdığı işdə rəsmi şəkildə iştirak etmək niyyətini açıqlayır", - bəyanatda deyilir.
Qərar gərginliyin artması və İsrailin Qəzza zolağının Fələstin mülki əhalisinə qarşı təcavüzünün miqyası ilə əlaqədar qəbul edilib.