Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oğluma deyirəm ki, istədiyin kimi yaşa, qənaət etmə''

''Oğluma deyirəm ki, istədiyin kimi yaşa, qənaət etmə''

Tarix: 14 May 2024 13:10

"Kişi ağııllıdırsa, demək, güclüdür. Gedib ağıllı qadınla evlənəcək".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Elgizlə izlə" verilişində deyib. Müğənni oğlundan danışıb:

"Qənaət çox etmək lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki... Oğluma da deyirəm ki, 27 yaşın var, sabah bəlli deyil nə olacaq. Bu günü yaşa, qənaət etmə. Ürəyin nə istəyir onu et. Amma çərçivədə. Cibində beş manat varsa, ürəyin 4 manatlıq nəsə istəyirsə, get al ye. Pul xərcləndikcə üstünə gəlir. Yığıb saxlayanda, üstünə gəlmir. Ürəyin istəyəni etməlisən. 

O vaxt Nadir Qafarzadəyə deyirdim ki, reklamına pul xərclə. 10 şirvan qazanırsansa, yeddisini reklama xərclə, üçünü evə apar. Çox qənaət simiclikdir".


Etiketlər:  Oğluma deyirəm istədiyin kimi yaşa qənaət etmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ