Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Azərbaycan “Vahid Çin” siyasətini daim dəstəkləyib

İlham Əliyev: Azərbaycan “Vahid Çin” siyasətini daim dəstəkləyib

Tarix: 14 May 2024 14:15

Azərbaycan Çinin ərazi bütövlüyünü və "Vahid Çin" siyasətini daim dəstəkləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş açıqlamada Tayvanda keçirilən seçkilərin pislənilməsi və Çinin ərazi bütövlüyünə bir daha dəstəyin ifadə olunması qeyd edilib.

Dövlət başçısı vurğulayıb ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları özünü büruzə verməkdədir.


Etiketlər:  İlham Əliyev Azərbaycan Vahid Çin siyasətini daim dəstəkləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ