Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2024 20:34
Ermənistanın hakim partiyasının deputatı Andranik Köçəryan hakimiyyətə qarşı etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyanı "saxtakar" adlandırıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, deputat keşiş və ona dəstək verən Sərkisyan-Köçəryan klanını şəxsi mənfəətləri üçün cəmiyyətin duyğuları ilə oynamaqda günahlandırıb.
"Siyasi texnologiyalar, ajiotaj yaratmaq üsulları və manipulyasiyalardan necə istifadə edildiyini hamımız bilirik, amma saxta dindarlığı real dəyərlər altında gizlətmək, şübhəsiz ki, dəyərləri xilas etmək üçün ən yaxşı üsul deyil. Təəssüf ki, bir çox insanlar bunun fərqində deyil və bu barədə düşünmürlər", - Köçəryan bildirib.
Onun sözlərinə görə, heç bir uğurlu nəticə əldə edə bilməyən etirazçılar və revanşistlər yalnız yolların bağlanması ilə qürurlanırlar.
Köçəryan etirazçıların ordunun təchiz yollarını da kəsdiklərini söyləyib: "Ordunun təchiz olunduğu yolları bağlamaq və bunu qürurla bəyan etmək qətiyyən vətənpərvərliyin təzahürü deyil".