Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2024 22:26
Qəzza zolağı ilə Misir sərhədində yerləşən "Rəfah" keçid məntəqəsi yaxınlığındakı hərbi əməliyyatlarda BMT-nin həlak olan və yaralanan iki əməkdaşının kimliyi müəyyən olunub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq bildirib.
Sözçü deyib ki, mərmi BMT-nin iki əməkdaşını daşıyan avtomobilinin arxasına atılıb: "Ölən işçinin şəxsiyyəti müəyyən edilıb. O, Hindistan vətəndaşı Anel Kaledir. Hadisə nəticəsində digər yaralanan şəxs isə iordaniyalıdır. Biz onun sağalmasını gözləyirik. Bu şəxslər Yaxın Şərqdə münaqişə başlayandan indiyədək itirdiyimiz ilk beynəlxaq əməkdaşlarımızdır".
F.Haq əlavə edib ki, hadisənin kimlər tərəfindən törədilməsi ilə bağlı məsuliyyətin müəyyən olunması üçün xüsusi qrup yaradılıb: "İstintaq davam edir, hadisənin təfərrüatları İsrailin müdafiə qüvvələri ilə yoxlanılır".
Sözçünün sözlərinə görə, Qəzzada ümumilikdə BMT-nin 71 beynəlxalq əməkdaşı fəaliyyət göstərir.
Xatırladaq ki, ötən gün "Rəfah" keçid məntəqəsi yaxınlığındakı BMT-yə məxsus avtomobilə hücum nəticəsində qurumun bir əməkdaşı həlak olub, digər işçi isə yaralanıb.