Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB - FOTO

Tarix: 15 May 2024 13:27

Azərbaycanın və Belarusun xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib.

Milli.Az XİN-ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Bundan əlavə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin gücləndirilməsi təşəbbüsləri, regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

---------

13:01

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun xarici işlər naziri Sergey Aleyniklə Xarici İşlər Nazirliyinin inzibati binasında görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Hazırda nazirlərin görüşü təkbətək formatda keçirilir.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ