Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2024 17:55
Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov (Navai) axtarışa verilib. Buna səbəb Nəvainin "Scar Trading" MMC şirkətinin 2 milyon rubldan (təxminən 37 min manat) çox borcu olmasıdır.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, məhkəmə ifaçını axtarışa verdiyi ərəfədə o Rusiyada olmayıb. Nəvai Dubayda olduğunu, ölkəyə qayıdanda borcu ödəyəcəyini bildirib.
Bu gün isə müğənni Rusiyaya qayıtdığını bildirib. O, bahalı avtomobili ilə Moskvada çəkilən videosunu izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, N.Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub. Lakin sənədlərə görə, demək olar ki, mümkün olan hər şeylə (tikintidən, kitab və içkilərin satışına qədər) məşğul olan şirkətin işi yaxşı getməyib.
Keçən il şirkət 617 min rubl (təxminən 11 min manat) zərər çəkib, əlavə olaraq külli miqdarda borcu da yaranıb. Onların bəziləri inzibati xətalara görə cərimələrdir.