Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əsrin döyüşü" baş tutdu - XXI əsrdə ilk dəfə mütləq çempion müəyyənləşdi - VİDEO

Tarix: 19 May 2024 08:26

Boks dünyasında çoxdan gözlənilən tarixi döyüş baş tutub. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, superağır çəkidə mütləq çempion uğrunda döyüşdə ukraynalı əlcək ustası Aleksandr Usiklə, britaniyalı Tayson Fyuri qarşılaşıb. Əhəmiyyətinə görə döyüşü "əsrin qarşılaşması" da adlandırırdılar.

Döyüş 12 raund davam edib. Qarşıdurmanın taleyini 9-cu raundda Fyurinin nokdauna düşməsi həll edib. 12 raundan sonunda hakimlər ukraynalı Usikin qələbə qazandığını elan ediblər. Bu britaniyalı çempionun peşəkar boks karyerasında ilk məğlubiyyəti olub. O, indiyədək karyerasında 35 döyüş keçirmiş və bunlardan 34-nü qələbə ilə başa vuraraq yalnız birində heç-heçə imza atmışdı.

Usik isə indiyədək keçirdiyi 21 döyüşün hamısında qələbə qazanıb. Bununla da Usik XXI əsrdə boks dünyasında ilk mütləq çempion kimi tarixə düşüb. 

Milli.Az


Etiketlər:  Əsrin döyüşü baş tutdu XXI əsrdə ilk dəfə mütləq çempion müəyyənləşdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ