Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Enginet'' innovativ bulud sistemli videomüşahidə xidmətini təqdim edir

''Enginet'' innovativ bulud sistemli videomüşahidə xidmətini təqdim edir

Tarix: 22 Noyabr 2019 13:51

Bakı. Trend:

Azərbaycanın ilk və aparıcı FTTH( fiber To The Home – mənzilədək fiberoptik bağlantı) telekommunikasiya xidmətlərinin təminatçısı olan “ENGINET” şirkətinin özünün “BİRLink” brendi altında yeni, bulud sistemli videomüşahidə xidmətini təqdim etdi. Xidmətin fərqli cəhəti ondan ibarətdir ki, istifadəçilər məlumatların saxlanması üçün xüsusi avadanlıqları əldə etmədən, çəkilən videogörüntüləri xüsusi saxlama mərkəzi olan “buluda” yükləyərək saxlaya bilərlər. Bu isə videoməlumatların təhlükəsiz şəraitdə saxlanılmasına imkan yaradır, yəni avadanlıqların fiziki zədələnməsi və ya hər hansı bir qüsur olduqda görüntülərin itkisinə yol vermir.

Xidmətdən istifadə edən abunəçilərin rahatlığını təmin etmək məqsədilə videogörüntülər istəyə görə çəkilə və bir həftə müddətində qorunan arxivdə yerləşdirilə bilər, həmçinin videoların istənilən zamanda yenidən baxmaq və yükləmək imkanı yaradılmışdır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, digər bu növ xidmətlərdən fərqli olaraq, istifadəçilər olduğu yerdən asıllı olmayaraq istənilən vaxt xüsusi yaradılmış sistem üzərindən video nəzarət sistemini şəxsi kabinetə daxil olaraq onlayn şəkildə idarə edə bilərlər. Bunun üçün istifadəçinin olduğu məkanda yalnız kompüter, planşet və yaxud telefona yüklənmiş sadə veb brauzer və internet bağlantısının olması kifayətdir.

Qeyd edək ki, innovativ xüsusiyyətlər ilə seçilən bu xidmətdən mobil telefon vasitəsilə, xüsusi yaradılmış tətbiq üzərindən də istifadə etmək, yəni sistemə daxil olmaq və onlayn olaraq izləmək mümkün olacaq. Tariflər və xidmət barədə ətraflı məlumatı www.online.birlink.az saytına daxil olaraq əldə edə bilərsiniz.

______________

Xatırladaq ki, daima beynəlxalq texnoloji trendləri tətbiq edərək, innovativ yanaşmaları əsasında fəaliyyət göstərən və inkişaf edən ENGİNET şirkəti ilk dəfə olaraq ölkədə FTTH (fiber To The Home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. FTTH-in yaradığı başlıca üstünlüklərdən biri də abunəçilərə eyni fiber optik rabitə kanalı üzərindən qeyri-məhdud sayda telekommunikasiya xidmətlərinin çatdırılması imkanıdır. Belə ki, FTTH abunəçisi mənzilində mövcud olan bir fiber optik qoşulma sayəsində həm yüksək sürətli optik internetdən, həm də rəqəmsal televiziya, telefoniya və digər bu kimi xidmətlərdən rahatlıqla istifadə edə bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Enginet innovativ bulud sistemli videomüşahidə xidmətini təqdim edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ