Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşada Rusiyanın sifarişi ilə təxribat törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib

Polşada Rusiyanın sifarişi ilə təxribat törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib

Tarix: 21 May 2024 08:46

Polşada Rusiyanın sifarişi ilə təxribat və diversiya törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk "TVN24" telekanalının efirində bildirib.

Baş nazir qeyd edib ki, söhbət boya fabrikinin yandırılması cəhdindən, Litvada təxribatdan və "IKEA" anbarının yandırılmasından gedir.

"Hazırda biz Rusiya xüsusi xidmətlərinin tələbi ilə Polşada təxribatda birbaşa iştirakda ittiham olunan doqquz şübhəlini həbs etmişik. Bu, döyülmə, yandırma və yandırmağa cəhdə halları ilə bağlıdır", - Tusk vurğulayıb.

Milli.Az


Etiketlər:  Polşada Rusiyanın sifarişi ilə təxribat törətməkdə şübhəli bilinən nəfər həbs edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ