Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada koronavirusun yeni ştamına yoluxma aşkarlandı

Rusiyada koronavirusun yeni ştamına yoluxma aşkarlandı

Tarix: 22 May 2024 11:06

Rusiyada koronavirusun yeni "FliRT" ştamına yoluxma qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") yayıb.

Məlumata görə, monitorinq dövrü ərzində sözügedən ştama 178 yoluxma aşkarlanıb. 

Qurum yeni ştamların əvvəlki digər növlərlə müqayisədə böyük təhlükə daşımadığını vurğulayıb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq 14 Avropa ölkəsində, eləcə də İsraildə "FliRT" ştamına yoluxma qeydə alınıb. Koronavirusun bu variantının əlamətləri arasında qızdırma, öskürək, burun tıxanıqlığı və yaxud axması, boğaz ağrısı, dad və qoxu itkisi var.

Milli.Az


Etiketlər:  Rusiyada koronavirusun yeni ştamına yoluxma aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ