Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2024 10:00
Meksika prezidentliyinə namizəd Xorxe Maynesin seçki kampaniyası zamanı dekorasiya uçub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə Nuevo-Leon ştatının San-Pedro-Qarza-Qarsiya şəhərində baş verib.
Güclü külək nəticəsində konstruksiya dağılıb. Nəticədə 5 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər işləyir.
Maynesin yaxşı olduğu və komanda üzvlərinin artıq xəstəxanada müalicə olunduğu bildirilib.