Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sürət yarışı keçirib "TikTok"da paylaşdılar, həbs edildilər - VİDEO

Sürət yarışı keçirib

Tarix: 23 May 2024 12:16

Salyanda avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Milli.az-a verilən məlumata görə, bu barədə "TikTok" sosial şəbəkə hesabında videogörüntü yayılıb. Həmin paylaşım əsasında Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında araşdırmalar aparılıb. Nəticədə Salyan rayon sakinləri Anar Hüseynovun "Hyudai" markalı, Surət Əliyevin isə "VAZ 2107" markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.

Digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla - Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Milli.Az


Etiketlər:  Sürət yarışı keçirib TikTokda paylaşdılar həbs edildilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ