Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Flora Kərimova evində məni yedizdirib, saçımı yuyub” - VİDEO

“Flora Kərimova evində məni yedizdirib, saçımı yuyub” - VİDEO

Tarix: 23 May 2024 12:55

Müğənni Nadir Qafarzadə Xalq artisti Flora Kərimova ilə bağlı xatirələrini dilə gətirib.

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu haqda Nadir sənətkarla qonaq olduğu "İncə səhər" verilişində deyib.

N.Qafarzadə illər əvvəl F.Kərimovanın evində ona göstərdiyi nəvazişdən söz açıb:

"Mən xoşbəxt insanam ki, Flora xanımla birgə duet oxumuşam. O, mənə öz əlləri ilə evində yemək verib. Bir dəfə Flora xanımın evindən çıxıb çəkilişə getməli idim. Saçımı isə yumalı idim. Flora xanım mənim saçımı belə yuyub. O, mənə hər zaman ana qayğısı və nəvazişi göstərib. Flora xanım mənə "oğlum" deyirdi. Həyatım boyu inanmazdım ki, gün gələcək onun evinə gedəcəyəm, onunla birgə oturacağam, bişirdiyi yeməyi yeyəcəyəm. Bu mənim üçün böyük xoşbəxtlikdir. Şəxsən mənim üçün Flora xanım çox böyük varlıqdır. Çox sağolun ki, varsınız".


Etiketlər:  Flora Kərimova evində məni yedizdirib saçımı yuyub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ