Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 08:22
Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan iş qrafiki sıx olduğundan, MDB ölkələrinin Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında iştirak edə bilməyib. Səbəblər texnikidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan bildirib.
"Mən nümayəndə heyətini təmsil etmək tapşırığını aldım və buna görə də Minskdən uçdum. Bu, münasibətlərin hər hansı pisləşməsi ilə bağlı deyil", - deyə səfir qeyd edib.
Xatırladaq ki, Ermənistan Baş naziri Paşinyan və müavini Qriqoryanın bu iclasa qatılmaması, İrəvanın səfir səviyyəsində təmsil olunması müzakirələrə yol açıb.