Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2024 00:10
Biz Çinin işçilərimizi, sənayelərimizi və iqtisadi dayanıqlığımızı sarsıdan qeyri-bazar siyasəti və təcrübələrindən geniş şəkildə istifadə etməsindən narahatıq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın G7-yə sədrliyi çərçivəsində keçirilən görüşdə nazirlərin yaydığı bəyanatda bildirilib.
"O cümlədən Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun olaraq Çinlə bağlı bərabər şəraitin təmin edilməsi üçün birgə addımların atılması nəzərdən keçiriləcək", - bəyanatda vurğulanıb.
G7-nin maliyyə nazirləri qlobal minimum vergi sazişinin ilk mərhələsini bu ilin iyun ayının sonuna qədər imzalamağı hədəfləyirlər.