Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2024 09:18
"Uğursuz nəticəyə görə azarkeşlərdən çox-çox üzr istəyirəm".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Neftçi"nin qapıçısı İvan Brkiç deyib.
Xorvatiyalı qolkiper Premyer Liqanın son turundan sonra məyusluğunu gizlətməyib. "Sabah"a 0:1 hesablı məğlubiyyət olan Bakı təmsilçisi mövsümü həm mükafatsız, həm də avrokuboka vəsiqəsiz başa vurub. 29 yaşlı xorvatialı qolkiper bu səbəbdən də danışmağa sözünün olmadığını bildirib: "Çox danışmaq istəmirəm. Bu, futboldur, hər şey mümkündür. Yalnız nəticələrə görə çox təəssüfləndiyimi deyə bilərəm".
Qeyd edək ki, "Neftçi" mövsümü 5-ci pillədə başa vurub.