Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəşad Sadıqov 100-ü yarılayıb

Rəşad Sadıqov 100-ü yarılayıb

Tarix: 27 May 2024 13:02

Rəşad Sadıqov Azərbaycan çempionatlarındakı baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda baş verib.

42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi "Zirə" öz meydanında "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Qeyd edək ki, yalnız bir kluba rəhbərlik etmiş Sadıqov 2020-ci ilin yayından "Zirə"nin baş məşqçisidir.

Milli.Az


Etiketlər:  Rəşad Sadıqov 100 ü yarılayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ