Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afrikada fövqəladə vəziyyət elan edildi

Afrikada fövqəladə vəziyyət elan edildi

Tarix: 29 May 2024 12:02

Namibiya prezidenti Nanqolo Mbumba quraqlıq səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Namibiyada davam edən quraqlıq səbəbindən fövqəladə vəziyyət hökm sürür ki, bu da milli fəlakətə çevrilib. Quraqlıq ölkənin bütün bölgələrinə təsir edib", - deyə dövlət başçısı bildirib.

Namibiya hakimiyyəti quraqlıqdan zərər çəkmiş əhaliyə yardım proqramının həyata keçirilməsində kömək üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Bunun üçün Cənubi Afrika ölkəsinə 45 milyon dollar əlavə vəsait lazımdır.

Milli.Az


Etiketlər:  Afrikada fövqəladə vəziyyət elan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ