Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Maskla Trampı nə bağlayır? Prezident seçilsə...

İlon Maskla Trampı nə bağlayır? Prezident seçilsə...

Tarix: 30 May 2024 20:54

ABŞ-nin keçmiş prezidenti Donald Tramp yenidən seçkilərdə qalib gələcəyi təqdirdə İlon Mask onun məsləhətçisi ola bilər.

Sonxeber.net "Unikal"-a istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının namizədi Tramp Tesla və "X"in CEO-su İlon Maskla danışıqlar aparır.

Amerikanın nəşri olan "The Wall Street Journal" bildirir ki, Mask Trampın ikinci prezidentlik müddətində ona iqtisadiyyatdan immiqrasiyaya, elmdən ABŞ Kosmik Qüvvələrinə qədər bir çox mövzuda məsləhət verə bilər.

Həmçinin, Maskın bir vaxtlar mübahisəli olduğu keçmiş prezidentlə müntəzəm olaraq danışdığı və noyabrda prezident Baydenə qarşı qalib gəlməyə kömək etməyi təklif etdiyi vurğulanıb.


Etiketlər:  İlon Maskla Trampı bağlayır Prezident seçilsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ