Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2024 17:54
Uzun müddətdir ki, siyasi arenadan uzaqlaşan Türkiyənin 11-ci prezidenti Abdullah Güldən xəbər var.
Sonxeber.net unikal-a istinadən xəbər verir ki, Gülün siyasi səhnəyə qayıtması üçün hazırlıqlara başlanılıb. Hətta o, DEVA, "Gələcək" və "Səadət" partiyalarını birləşdirərək, sədrlik edəcək.
Qeyd edək ki, Gül 1991-2007-ci illərdə Türkiyə Böyük Millət Məclisində 5 dəfə Kayseri millət vəkili vəzifəsində çalışıb. 2001-ci ildə AK Partiyanın yaranmasında rolu olan şəxslərdən biri olan Abdullah Gül, 2002-ci ildə baş nazir və Türkiyə Cümhuriyyətinin 58-ci hökumətinə rəhbərlik etmişdir. 28 avqust 2007-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Türkiyənin 11-ci prezidenti seçilib.