Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2024 19:20
Azərbaycan Mərkəzi Bankı (AMB) "PSG Finans" MMC bank olmayan kredit təşkilatını (BOKT) cərimə edib.
Sonxeber.net bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq AMB-nin təqdimatı əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə kredit təşkilatı 50 min manat cərimələnib.
Xatırladaq ki, bundan əvvəl eyni səbəbdən "PSG Finans"ın vəzifəli şəxsi 10 min manat cərimə edilmişdi.