Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 14:48
Sentyabrda "Sabah"la danışıq aparmış, hətta Azərbaycana gəlib Premyer Liqanın "Sabah" - "Səbail" (3:0) görüşünü stadiondan izləmiş Yuri Vernidub Rusiya haqqında qalmaqallı açıqlama verib.
Qol.az xəbər verir ki, bugünlərdə Soliqorsk "Şaxtyor"unun baş məşqçisi təyin olunmuş 53 yaşlı ukraynalı mütəxəssis heç vaxt bu ölkədə işləməyəcəyini deyib.
Rusiya-Ukrayna arasındakı siyasi məsələlərdən dolayı danışan Vernidub deyib ki, keçmiş SSRİ və MDB ölkələrinin hamısında işləyər, təkcə Rusiyadan başqa: "Rusiya Ukraynanın torpağına qanunsuz girib, səhv edib. Ona görə bu söhbət haqda konkret fikrimi deyib birdəfəlik bağlamaq istəyirəm. İşsiz olduğum müddətdə bu ölkədən çox sayda təklif gəlmişdi. İstənilən halda Rusiyada işləmərəm. Nə qədər pul versələr belə, mümkün deyil. Qorxmadan-çəkinmədən deyirəm, mənim üçün pul önəmli deyil".
2015/2018-ci illrdə "Qəbələ"nin heyətində çıxış etmiş Vitali Vernidubun atası 1997/2000-ci illərdə "Zenit"in aparıcı futbolçusu olub. O, Sankt-Peterburq klubunda 83 oyun keçirib, 2 qol vurub.