Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran polisi qərb regionların birində satanist qrupun 35 üzvünü saxlayıb

İran polisi qərb regionların birində satanist qrupun 35 üzvünü saxlayıb

Tarix: 1 Iyun 2024 21:34

İranın qərbində yerləşən Xuzistan ostanının Dizful şəhərinin polis əməkdaşları satanistlərin toplantısında iştirak edən 35 nəfəri saxlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu şəhərin hüquq-mühafizə qüvvələrinin komandanı, polkovnik Ruholla Yarizadə açıqlayıb.

"Satanist qrupun görüşləri barədə məlumatı aldıqdan sonra polis əməkdaşları xəbərin həqiqiliyini yoxlayaraq görüşlərin yerini müəyyənləşdirə biliblər və məhkəmə orqanları ilə razılaşdırdıqdan sonra orada olanları - 31 kişini və 4 qadını saxlayıblar", - agentlik Yarizadədən sitat gətirib.

Milli.Az


Etiketlər:  İran polisi qərb regionların birində satanist qrupun üzvünü saxlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ