Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Limfoma xərçəngi riski 21 faiz artır - Döymənin ölçüsü...

Limfoma xərçəngi riski 21 faiz artır - Döymənin ölçüsü...

Tarix: 2 Iyun 2024 22:42

İsveçdə aparılan bir araşdırma, döymələri olan insanların limfoma xərçəngi təhlükəsi altında olduqlarını göstərib.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, tatu etdirməyin bu xərçəng növünün inkişaf riskini 21 faiz artırdığı üzə çıxıb.

İsveçdəki Lund Universitetinin tədqiqatçıları 2007-2017-ci illər arasında İsveçdə limfa xərçəngi diaqnozu qoyulmuş 20-60 yaş arası 11 905 nəfərin məlumatlarından istifadə edərək döymə və xərçəng arasındakı əlaqəni araşdırblar.

Tədqiqatçılar müəyyən ediblər ki, döymə etdirən insanlarda limfoma inkişaf riski, tatu etdirməyənlərə nisbətən 21 faiz daha yüksəkdir.

Tədqiqatçılar döymədə istifadə edilən mürəkkəbin tərkibində kanserogen kimyəvi maddələrin olduğunu diqqətə çatdırıblar. Döymə zamanı bu maddələr dəri vasitəsilə bədənə daxil olur və xərçəng riskini artırır.

Onlar döymənin ölçüsü ilə xərçəng riski arasında heç bir əlaqə olmadığını qeyd ediblər. Ölçüsündən asılı olmayaraq döymənin bədəndə iltihabı tətiklədiyi və limfa xərçəngi riskini artırdığı bildirilib.

Qeyd edək ki, araşdırmanın nəticəsi "Science Direct" saytında dərc olunub.


Etiketlər:  Limfoma xərçəngi riski faiz artır Döymənin ölçüsü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ