Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Valensiya''nın gürcü qapıçısı İngiltərə Premyer Liqa klubuna keçə bilər

''Valensiya''nın gürcü qapıçısı İngiltərə Premyer Liqa klubuna keçə bilər

Tarix: 4 Iyun 2024 08:00

"Nyukasl" qapıçı Giorgi Mamardaşvilini almaq üçün İspaniyanın "Valensiya" klubuna təklif göndərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində (keçmiş "Twitter") jurnalist Pedro Morata məlumat verib.

Məlumata görə, "Nyukasl" gürcü qapıçının agenti ilə əlaqə saxlayıb və Mamardaşvili üçün 41 milyon avro ödəməyə hazır olduqlarını açıqlayıb.

Xatırladaq ki, 23 yaşlı Giorgi "Valensiya"ya "Dinamo"dan (Tbilisi) keçib. Transfer məbləği 850 min avro olub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

Qeyd edək ki, qapıçı Almaniyada keçiriləcək Avro-2024 üçün Gürcüstan millisinin genişləndirilmiş heyətinə daxil edilib.

Milli.Az


Etiketlər:  Valensiyanın gürcü qapıçısı İngiltərə Premyer Liqa klubuna keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ