Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı xanımların çoxu yataqda ərlərindən narazıdır - Problemin kökündə nə dayanır? - Açıqlama

Azərbaycanlı xanımların çoxu yataqda ərlərindən narazıdır - Problemin kökündə nə dayanır? - Açıqlama

Tarix: 4 Iyun 2024 15:48

Xoşbəxt evliliyin əsas şərtlərindən biri də yataq həyatının hər iki tərəf üçün ideal olmasıdır. Avropada qadınların cəmi 5 faizi münasibət zamanı yoldaşlarından narazı qalırlar. Onların əksəriyyəti əlaqədən tam həzz ala bilirlər. Bu da onların yataqdakı bütün istəklərinin ərləri tərəfindən gerçəkləşdirilməsi ilə əlaqələndirilir.

Amma avropalı xanımlardan fərqli olaraq, azərbaycanlı xanımların 79 faizi ərlərindən narazıdır.

Bəs nəyə görə qadınlar yataq münasibəti zamanı ərlərindən zövq almırlar?

Mövzu ilə bağlı sfera.az-a danışan ginekoloq Arzu İsmayılova bildirib ki, əlqədən zövq almamaq və ya qadının kişidən narazı olması problemin kişidə olduğu mənasına gəlmir.

"Bu problem qadınlardan da qaynaqlana bilir. Əgər bir insanda psixoloji  problemlər varsa, həmin qadınlar münasibət zamanı həzz almırlar. Qadınların əksəriyyətində oyanma çox ləng gedir. Amma bəzi hallarda qadınların zövq almama səbəbləri kişilərdir".

Arzu İsmayılova qeyd edib ki, kişilərdə erkən eyakulyasiya son dövrlərdə həddindən artıq geniş yayılıb.

"Çox insan bunu adi hal kimi qəbul edir. Lakin bu, ciddi, amma müalicəsi olan bir haldır. Bu problemin kökündə stress, əsəb və gərginlik dayanır. Bu proses yalnız fiziki deyil, orqanik və bioloji səbəblərdən də yarana bilir və nəticədə qadının kişidən razı qalmamasına səbəb olur".

Ginekoloqun sözlərinə görə, kişilər və qadınlar arasında real fizioloji fərqlər var:

"Kişilərin oyanması qadınlara nisbətən daha tez olur. Məhz bu baxımdan ön sevişmə mərhələsi uzadılmalıdır. Ailədə olan gərgin münasibətlərin kökündə də münasibət zamanı tərəflərin bir-birilərini qane etməmələri dayanır. Əlavə olaraq qeyd edim ki, cinsi münasibətdən zövq almamaq qadının sağlamlığına da mənfi təsir edir. Qalxanabənzər vəzdə, aşağı ətraflarda vena və limfalarda qan axını ciddi şəkildə pozulur. Bu da gələcəkdə damar genişlənməsinə və tromblaşmaya səbəb olur. Bu prosesin qadın və kişilərdə normal olması daxili orqanların sağlamlığı baxımından olduqca önəmlidir".


Etiketlər:  Azərbaycanlı xanımların çoxu yataqda ərlərindən narazıdır Problemin kökündə dayanır Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ