Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2024 21:28
Ermənistanla Gürcüstan arasında son illərdə dayanmış delimitasiya prosesi davam etdirilməli və məntiqi sonluğa çatdırılmalıdır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentdə çıxışında deyib.
O, həmçinin əlavə edib ki, İrəvan Qara Dəniz Kabel layihəsində iştirak etmək istəyir və Gürcüstanın dəstəyinə ümid edir.
Nazir müavininin sözlərinə görə, bunun üçün enerji infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi tələb olunur.