Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2024 10:36
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, ABŞ Gürcüstanda "Xarici agentlər" haqqında qanunun qəbulu fonunda keçirilən etiraz aksiyalarında iştirak etmir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Millerin sözlərinə görə, Gürcüstanda keçirilən etiraz aksiyaları ABŞ-nin heç bir ortaqlığı olmayan gürcü xalqının öz iradəsinin ifadəsidir.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Hakimiyyətin qərarı paytaxtda kütləvi etirazlara səbəb olub.