Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çilidə, etiraz əsnasında naməlumlar bankı qarət ediblər

Çilidə, etiraz əsnasında naməlumlar bankı qarət ediblər

Tarix: 24 Noyabr 2019 06:16

Bakı. Trend:

Çilidə hökümət əleyhinə keçirilən etiraz aksiyaları zamanı Santyaqonun kənarındakı banklardan birinin filialı qarət edilib. Cinayətkarlar təxminən 150 milyon peso (təxminən 190 min dollar), 16 min dollar, 3.8 min avro və iki odlu silah oğurlayıblar.

Trend-in məlumatına görə, təcavüzkarlar binaya girmək üçün oksigen kəsicilərindən istifadə ediblər. Etirazlar əsnasında bundan əlavə, mağazalara ən az beş hücum və iki ticarət mərkəzlərində iki yanğın törətmə hadisəsi qeydə alınıb.

İğtişaşlara çevrilən etiraz aksiyaları və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar 14 oktyabrda Santyaqoda, hökümətin metroda gediş haqlarının qiymətlərini artırmaq qərarına gəldikdə başlayıb. Daha sonra nümayişlər digər şəhərlərə də keçib. İğtişaşlar zamanı 20-dən çox insan şiddətin qurbanı olub, 2,3 mindən çox insan yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çilidə etiraz əsnasında naməlumlar bankı qarət ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ