Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu, antiazərbaycan missiyasıdır - Zaxarova

Bu, antiazərbaycan missiyasıdır - Zaxarova

Tarix: 7 Iyun 2024 17:06

Rusiya dəfələrlə Avropa Birliyinin (AB) Ermənistanda hərbiləşdirilmiş mövcudluğunun qarşıdurma mahiyyətini şərh edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"Sübutlar göz qabağındadır. Bu missiyanın antirusiya, antiazərbaycan və antiiran məqsədləri getdikcə daha aydın görünür. Üstəlik, NATO ölkələri ona qoşulmağa başlayanda hər şey aydın olub", - Zaxarova bildirib.

XİN rəsmisinin sözlərinə görə, AB-dən hərbi-siyasi baxımdan sabitliyinin pozulması və regionun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək lazım deyil:

"Əminik ki, bu gün Cənubi Qafqazın qarşısında duran bütün aktual məsələlər regional dövlətlərin kollektiv səyləri əsasında, kənar müdaxilələr olmadan həll edilməlidir və bunu etmək mümkündür".


Etiketlər:  antiazərbaycan missiyasıdır Zaxarova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ