Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-də kollec yaxınlığında atışma - ölən və yaralananlar var

ABŞ-də kollec yaxınlığında atışma - ölən və yaralananlar var

Tarix: 8 Iyun 2024 10:04

İyunun 7-də axşam saatlarında ABŞ-nin Los-Anceles şəhərində yerləşən Kompton Kolleci yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, azı dörd nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli şerif departamenti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisənin kolleclə əlaqəsi yoxdur. Qeyd edilib ki, atışma zamanı beş nəfər yaralanıb, amma onlardan biri xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisənin motivləri və onu törədənin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Milli.Az


Etiketlər:  ABŞ kollec yaxınlığında atışma ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ