Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2024 15:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyanın keçmiş sədri Maral Akşənərlə qapalı keçən görüşdə ona vitse-prezidentlik postunu təklif etməyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İYİ Partiyasından olan millət vəkili Burak Akburak ölkə mediasına açıqlamasında deyib.
"Görüşdə belə bir təklif olmayıb. M.Akşənər dövlətə xidmət etməyə hazırdır. Belə bir təklif gəlsə, dəyərləndiriləcək. Akşənər partiya sədrliyindən gedib, siyasətdən getməyib. Onun partiya yaratmaq kimi də bir niyyəti yoxdur", - millət vəkili bildirib.