Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yarış zamanı öküz tamaşaçılara hücüm çəkdi: 3 nəfər yaralandı

Yarış zamanı öküz tamaşaçılara hücüm çəkdi: 3 nəfər yaralandı

Tarix: 10 Iyun 2024 20:04

ABŞ-da rodeo yarışı zamanı öküzlərdən biri arenanın hasarından tullanaraq tamaşaçıların üstünə hücum edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki,  Oreqon ştatında təşkil olunan yarışda üç tamaşaçı yaralanıb.

"Sisters Rodeo" da öküz yarışının son hissəsi zamanı xəsarət alanlardan ikisi yerli xəstəxanaya aparılıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Açıqlamaya görə, işçilər öküzü tez bir zamanda zərərsizləşdirə biliblər.


Etiketlər:  Yarış zamanı öküz tamaşaçılara hücüm çəkdi nəfər yaralandı


RƏYLƏR