Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanın Yeni Kaledoniyada törətdiyi vəhşiliklə bağlı mətbuat konfransı keçiriləcək

Fransanın Yeni Kaledoniyada törətdiyi vəhşiliklə bağlı mətbuat konfransı keçiriləcək

Tarix: 11 Iyun 2024 13:18

Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloqer və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə iyunun 13-də "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" mövzusunda hibrid formatda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mətbuat konfransında Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verməsi və bunun nəticəsində 10-dan çox dinc sakinin öldürülməsi, yüzlərlə insanın yaralanması və həbs edilməsi məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. Belə ki, Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarma qüvvələri tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. İnformasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı təşkil edir.

Konfransın məqsədi, həmçinin Yeni Kaledoniyada və Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına media vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi - neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasının müzakirə edilməsidir. Mətbuat konfransında Yeni Kaledoniyadan yerli rəsmilər jurnalistlərin suallarını cavablandıracaqlar. Tədbirdə 20-dən çox xarici media nümayəndəsinin iştirakı gözlənilir.

Konfransda iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyat keçmək mümkündür:  https://shorturl.at/nqE1i 


Etiketlər:  Fransanın Yeni Kaledoniyada törətdiyi vəhşiliklə bağlı mətbuat konfransı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ