Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 14:48
İsmayıllı. Elçin Mehdiyev - Trend:
Zəlzələdə zərərçəkmiş evlər əksəriyyəti köhnəlməyə məruz qalmış evlərdir və artıq istismar müddəti başa çatıb.
Trend-in məlumatına görə, bunu Ağsu, İsmayılllı və Şamaxı rayonlarında fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair İsmayıllıda keçirilən 3 aylıq hesabat brifinqi zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov deyib.
T. Məmmədov bildirib ki, yeni evlər normativlərə uyğun şəkildə tikilir.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev isə deyib ki,
zəlzələdən zərər çəkmiş evlərin yerində tikilənlər əsaslı şəkildə bütün texniki parametrlərə cavab verir, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintilərə nəzarət olunur və zəlzələyə davamlı evlər tikilir" .
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin