Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2024 19:58
Bakıda sürücü avtomobili təhlükəli halda idarə edərək sosial şəbəkə hesabında paylaşıb.
Sonxeber.net avtosfer.az.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, 01-CO-315 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sərnişinləri maşının ön hissəsində otuzduraraq idarə edib. "Şou" göstərən sürücü və ondan geri qalmayan sərnişinlər yolboyu təhlükəli hərəkətlər edərək qəza riski yaradıblar. Hətta sərnişinlərdən biri avtomobil hərəkətdə olan zaman kapotun üzərindən yıxılıb.