Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2024 20:44
ABŞ-də andlılar məhkəməsi hazırki Prezident Co Baydenin oğlu Hanter Baydeni qanunsuz silah əldə etmə, saxlama, eləcə də narkotik vasitələrdən qeyri-qanuni istifadə maddələri üzrə təqsirli bilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 2018-ci ildən başlayan istintaq və məhkəmə prosesi bu gün yekunlaşıb.
ABŞ qanunvericiliyinə əsasən, narkotik vasitələrin istifadəçilərinə odlu silah saxlamaq qadağan edildiyindən Hanter Bayden məsuliyyətə cəlb edilib. Günahı sübuta yetirilərsə, onu 25 ilədək həbs cəzası və 750 min dollar məbləğində cərimə gözləyir.