Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni generalı NATO-nun iclasında iştirak etdi

Erməni generalı NATO-nun iclasında iştirak etdi

Tarix: 11 Iyun 2024 22:56

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyan çərşənbə axşamı videobağlantı vasitəsilə NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"General-mayor Yeroyan öz çıxışında Ermənistanın müdafiə sektorunun transformasiyasında NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb və NATO-nun himayəsi altında sülhməramlı missiyalarda davamlı iştiraka sadiqliyini təsdiqləyib", - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, görüşün keçirilməsində məqsəd aktual beynəlxalq və regional, o cümlədən NATO ilə tərəfdaş dövlətlər arasında əməkdaşlıq məsələlərin müzakirə edilməsidir.


Etiketlər:  Erməni generalı NATO iclasında iştirak etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ