Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda parlament yaxınlığında qarşıdurma zamanı 17 polis yaralandı- YENİLƏNİR - VİDEO - FOTO

Ermənistanda parlament yaxınlığında qarşıdurma zamanı 17 polis yaralandı- YENİLƏNİR - VİDEO - FOTO

Tarix: 13 Iyun 2024 00:45

----------

00:45

Ermənistan parlamentinin binası yaxınlığında müxalifət fəalları ilə toqquşma zamanı azı 17 polis əməkdaşı yaralanıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu İrəvan polis idarəsinin rəisi, general-mayor Sevan Koçaryan deyib.

Tibb mərkəzlərinə ümumilikdə 79 mülki şəxs və polis əməkdaşı müraciət edib.

Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi başladıb.

21:26

İrəvanda etirazçılarla polis arasında baş verən toqquşmadan sonra 30 nəfər tibbi yardıma müraciət edib.

Sonxeber.net bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat verib

----------

21:18

Etiraz aksiyası zamanı 87 nəfər saxlanılıb.

Sonxeber.net bildirir ki, aksiyada jurnalistlər də daxil olmaqla xəsarət alanlar var.

----------

21:13

Sonxeber.net bildirir ki, keşiş Baqratın tərəfdarlarının hücumları nəticəsində İrəvanda 6 polis əməkdaşı yaralanıb.

----------

21:06

Paşinyan parlamentdə Ermənistanın KTMT-dən çıxacağına və bir daha təşkilata qayıtmayacağına eyham vurdu

Sonxeber.net bildirir ki, o, ad çəkmədən bəyan etdi ki, Ermənistanın keçmiş hakimiyyəti "köpük ittifaqına" girib, sonra isə Ermənistanı müdafiə etmədiyi üzə çıxıb.

Deputatların iradlarına cavab verən baş nazir qeyd etdi: "Çıxacağıq, geri qayıtmayacağıq ".

----------

21:05

Ermənistan parlamentində hökumət saatı zamanı müxalifətçi deputat Kristine Vardanyan baş nazir Paşinyana yaxınlaşaraq insanları yaraalayan xüsusi texnikanın istifadəsini əks etdirən görüntüləri nümayiş etdirib.

----------

21:04

Ermənistanın baş naziri Nikol Paşinyan etiraz hərəkatının lideri Baqrat Qalstanyanın onunla görüş axtarması ilə bağlı sualı cavablandırıb:

"Görüşək, görüşək, görüşək, görüşək. Gəl görüşək, görüşək. Yaxşı, tanış olaq. Yaxşı, görüşək!... Görüşəcə bilərəm Bəs nə? Demək istəyirsiniz ki, Ermənistanın baş nazirinin kiminləsə görüşməsi problemlidir?"

----------

21:03

Ermənistan parlamentinin iclası ölkənin baş naziri Nikol Paşinyanın bəzi generalları "qorxaq və fərari" adlandırmasından sonra müxalif və iqtidaryönlü deputatlar arasında başlayan davaya görə yarımçıq qalıb.

Sonxeber.net xəbər verir ki, iclas yerli xəbər portalları tərəfindən canlı yayımlanır.

"Sizin (müxalifətin) haqqında danışdığınız bir çox generallar vətənləri üçün tost deyirdilər. Amma hücum başlayan kimi mənə zəng edib bölgədən çıxarılmalarını istədilər. Onlar qorxaq və fəraridirlər", - Paşinyan deyib. Məhz bu sözlərin ardından əvvəl söz atışması, sonra isə kiçik də olsa dava yaşanıb.

Ermənistan parlamentinin binası yaxınlığında polis səs bombalarından istifadə etməyə başlayıb.

Bu barədə "News.am" məlumat yayıb.

Bundan əvvəl parlament binasının yanındakı parkda izdiham yaşanıb. Polis etirazçıları parlament binasının ətrafından uzaqlaşdırmağa çalışır.

Hadisəyə münasibət bildirən Baş nazir Nikol Paşinyan polisin qanun çərçivəsində hərəkət etdiyini deyib:

"Polis qanunla ona həvalə edilmiş funksiyaları ciddi şəkildə qanun çərçivəsində həyata keçirir", - deyə o qeyd edib.

Bundan əvvəl Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvanda parlament binası yaxınlığında keçirilən aksiyanın təşkilatçılarını və iştirakçılarını toqquşmalara səbəb olan qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb.

Baqramyan prospektində polislə etirazçılar arasında qarşıdurma başlayıb.

Polis onları təhrik edərək, şüşələri özləri atır və səs-küylü qumbaralardan istifadə edir.

Yaralılar var.

Bu arada Ermənistan parlamentinin binasına onlarla snayper yerləşdirilib.


Etiketlər:  Ermənistanda parlament yaxınlığında qarşıdurma zamanı polis yaralandı YENİLƏNİR VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ