Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Donald Tramp məşhur müğənni haqqında görün nələr danışdı

Donald Tramp məşhur müğənni haqqında görün nələr danışdı

Tarix: 13 Iyun 2024 00:42

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məşhur müğənni Teylor Svift haqqında "Məncə o, çox gözəldir, lakin fikrimcə o, liberaldır" fikrini səsləndirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Donald Tramp "Variety" jurnalına müğənni Teylor Svift haqqında fikirlərini bölüşüb. 

77 yaşlı Tramp Svift haqqında fikirləri ilə bağlı suala belə cavab verib:

"Düşünürəm ki, o, çox gözəldir, çox gözəldir! Mən onu çox gözəl hesab edirəm. Məncə, o, liberaldır. O, yəqin ki, Trampı sevmir. Məncə, o, çox gözəldir, əslində - qeyri-adi dərəcədə gözəldir!" 

Dünya şöhrətli müğənni isə yaxın günlərdə verdiyi ir müsahibəsində "Mən keçmişdə siyasi fikirlərimi açıq şəkildə ifadə etməkdən çəkinmişəm, lakin son iki ildə həyatımda və dünyada baş verən müəyyən hadisələrə görə indi bu barədə çox fərqli hiss edirəm", - deyib.

2020-ci ildə Co Bayden və Kamala Harrisi dəstəklədiyini açıqlayan Svift, Donald Trampa qarşı olduğunu açıq şəkildə ifadə edib.

Milli.Az


Etiketlər:  Donald Tramp məşhur müğənni haqqında görün nələr danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ