Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 11:18
Bakı. Alpər M. Trend:
Müsavat Partiyası Avropa Liberal vә Demokratlar Alyansının (ALDE) üzvüdür. Alyansın dәyәrlәrindәn biri dә homeseksuallığa liberal münasibәt, onların hüquqlarını müdafiә etmәkdir. Müsavat Mәtbuat Xidmәtinin rәhbәri Mustafa Hacıbәyli, qardaşı Әhrar partiyasının rәhbәri Vaqif Hacıbәyli ilә ağız-ağıza verib jurnalist İsmayıl Cәlilovu mәnsubiyyәtinә görә tәhqir edirlәr. Nә var ki, İsmayıl bunların mühacir alverini tәnqid edir, bir vәtәndaş kimi Müsavatdan buna aydınlıq gәtirmәsini tәlәb edir.
Trend-in məlumatına görə, bunu Müsavat Partiyasının üzvü, Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğlu deyib.
O bildirib ki, bu haqda ALDE mәlumatlandırılacaq: "Orada elә bilirlәr ki, Arif Hacılı (Müsavat Partiyasının sədri - red) vә onun sağ-solu normal, liberal düşüncәli insanlardır. Sırf bu әmәllәrinә görә Avropadakı hәmkar partiyaları hәm dә bunların mühacir alverçisi olduğunu görәcәklәr".
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin